[b]ÇL: Turun ən yaxşısı açıqlandı[/b]
24.11.2017 - 16:45
[b]ÇL: Turun ən yaxşısı açıqlandı[/b]

Çempionlar Liqasında V turun ən yaxşı futbolçusu bəlli olub. Apasport.az saytının məlumatına görə, UEFA-nın azarkeşlər arasında apardığı səsvermədə “Real”ın hücumçusu Kriştianu Ronaldo qalib gəlib.

 

APOEL-lə qarşılaşmada 2 qol vurub, 1 məhsuldar ötürmə verən portuqaliyalı səslərin 43 faizini toplayıb. PSJ-nin braziliyalı legioneri Neymar 2-ci olub – 28 faiz.

 

Robert Levandovski (“Bavariya”) və “Çelsi”nin “Qarabağ”la Bakıdakı oyununun qəhrəmanı Eden Azar hərəyə 8 faiz səs yığa bilib.

 

UEFA-nın azarkeşlərin ixtiyarına buraxdığı səsvermədə digər namizədlər 5 faiz səddini adlaya bilməyib. Timo Verner (“Leypsiq”) 5, Hari Keyn (“Tottenhem”) və Lorenso İnsinye (“Napoli”) hərəyə 3, Yannik Karasko (“Atletiko”) cəmi 1 faiz tərəfindən bəyənilib.

0