[b]“Qarabağ”ın məşqində tanınmış qonaq - FOTOSESSİYA[/b]
29.11.2017 - 17:48
[b]“Qarabağ”ın məşqində tanınmış qonaq - FOTOSESSİYA[/b]

Bu gün "Qarabağ"ın axşam məşqində sürpriz qonaq iştirak edib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, "F1 Bakı Qran Pri"sinin sonuncu qalibi, "Red bull"un pilotu olan Daniel Rikkiardo Ağdam təmsilçisinin qonağı olub.

 

Komanda ilə kiçik tanışlıqdan sonra avstraliyalı pilota baş məşqçi Qurban Qurbanov tərəfindən adıyazılan forma hədiyyə olunub. Rikkiardo isə özünəməxsus ayaqqabıları imzalayaraq, təcrübəli çalışdırıcıya təqdim edib.

 

Daha sonra futbolçularla söhbət edən Rikkiardo bir neçə dəqiqə komanda ilə birlikdə məşqdə də iştirak edib.

0