[b]Yığmamızın hücumçusu yenə “kvadrat”da qaldı[/b]
04.12.2017 - 09:36
[b]Yığmamızın hücumçusu yenə “kvadrat”da qaldı[/b]

Qadın voleybolçular arasında İtaliya A seriyasında IX turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu “Skandiççi” “Konegliano”nu qəbul edib.

 

Qarşılaşma təmsilçimizin komandasının 1:3 (26:24, 22:25, 22:25, 23:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Səmədova 8 turda olduğu kimi bu dəfə də oyunu “kvadrat”dan izləyib. Komandanın baş məşqçisi Karlo Parisi voleybolçumuza bu dəfə də şans verməyi lazım bilməyib. “Skandiççi”nin rəsmi feysbuk səhifəsi isə hücumçumuzun yalnız məşq şəkillərini paylaşmaqla, onun düşərgədə olduğunu təsdiqləyir.

 

Qeyd edək ki, aktivində 20 xal olan “Skandiççi” məğlubiyyətdən sonra 4-cü yerə enib. 

 

0