[b]Millimizin 3-cü olduğu turnirin qalibi müəyyənləşdi[/b]
06.12.2017 - 14:22
[b]Millimizin 3-cü olduğu turnirin qalibi müəyyənləşdi[/b]

İranda keçirilən futzal üzrə “4 Top Nations” beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirin son matçında DÇ-2016-nın mükafatçıları İran və Rusiya yığmaları qarşılaşıb.

 

Bu matçadək məğlubiyyətsiz irəliləyən komandaların dueli turnirin qalibinin adına aydınlıq gətirib. 4:0 hesablı qələbə qazanan meydan sahibləri 1-ci yeri tutub.

 

Qeyd edək ki, İran və Qazaxıstan yığmaları ilə eyni – 3:3 hesablı heç-heçə edib, Rusiyaya 3:4 hesabı ilə uduzan Azərbaycan millisi turniri 3-cü pillədə başa vurub.

 

1

İran

3

2

1

0

9-4

7

2

Rusiya

3

1

1

1

7-10

4

3

Azərbaycan

3

0

2

1

9-10

2

4

Qazaxıstan

3

0

2

1

7-8

2

 

0