[b]Çempionlar Liqasında turun futbolçusu müəyyənləşdi[/b]
08.12.2017 - 15:58
[b]Çempionlar Liqasında turun futbolçusu müəyyənləşdi[/b]

Çempionlar Liqasının qrup mərhələsinin VI turunun ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İspaniya “Real”ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo turun oyunçusu seçilib.

 

O, UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermədə qalib olub. Ronaldo mümkün səslərin 41 faizini toplayıb.

 

2-ci olan Filipe Koutinyo (“Liverpul”) 38, 3-cü yeri tutan Sorentin Tolisso (“Bavariya”) 8 faiz səs toplayıb.

 

Namizədlər arasında olan Bernard (“Şaxtyor”) 5, Eden Azar (“Çelsi”) 3, Pako Alkaser (“Barselona”) 2, Honq Min Son (“Tottenhem”) və Xuan Kuadrado (“Yuventus”) hərəyə 1 faiz səs yığıb.

0