[b]"Çelsi"də yeni müqavilə[/b]
09.12.2017 - 02:00
[b]"Çelsi"də yeni müqavilə[/b]

"Çelsi" rəhbərliyi gənc futbolçu Çarli Musonda ilə yeni müqavilə bağlayıb. Apasport.az saytı xəbər verir ki, "zadəganlar" belçikalı yarımmüdafiəçinin sözləşməsinin müddətini uzadıblar.

 

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Razılaşmaya əsasən, Musonda 2022-ci ilə qədər "Çelsi"nin formasını geyinəcək.

 

Qeyd edək ki, 21 yaşlı futbolçu cari mövsümdə ümumilikdə 5 oyunda iştirak edib.

0