[b]“Real” Beyllə bağlı qərarını verdi[/b]
09.12.2017 - 17:24
[b]“Real” Beyllə bağlı qərarını verdi[/b]

“Real”ın hücumçusu Qaret Beyl karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu “Mançester Yunayted” və sabiq klubu “Tottenhem”in maraq dairəsindədi.

 

Tez-tez zədələndiyi üçün “kral klubu”nda heç cür ümidləri doğrultmayan Beyli madridlilərin prezidenti Florentino Peres satmaq qərarına gəlib. Prezident ingilis klublarına Beyli 85 milyon funt-sterlinqə sata biləcəyini bildirib. Hansı ki, “Real” onu məhz bu məbləğə transfer etmişdi.

 

Qeyd edək ki, Qaret Beyl “Real”a 2013-cü ildə “Tottenhem”dən keçib.

0