[b]“Dünya futbolunda iz qoymaq istəyirdim və bunu bacardım”[/b]
16.12.2017 - 16:33
[b]“Dünya futbolunda iz qoymaq istəyirdim və bunu bacardım”[/b]

“Real”ın futbolçusu Kriştianu Ronaldo maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, portuqaliyalı superulduz futbolda əldə etdiyi nailiyyətlər haqda danışıb.

 

5-ci dəfə “Qızıl top” mükafatına yiyələnən 32 yaşlı hücumçu xarici mətbuata açıqlamasında gördüyü işdən həzz aldığını bildirib: “Dünya futbolunda iz qoymaq istəyirdim və bunu bacardım. Bu qədər titul qazanmaqla adımı futbol tarixinə yazdırdım. Karyeramın möhtəşəm anlarını yaşayıram. Bu, məni futbol oynamağa daha da motivasiya edir. Gördüyüm iş çox xoşuma gəlir, futboldan həzz alıram. Çalışıram ki, komanda yoldaşlarım və bizi izləyən azarkeşlər də oyunumuzdan zövq alsınlar. Nə qədər ki, futbol ehtirasım var, karyeramı davam etdirəcəm”.

 

Qeyd edək ki, əvvəllər “Sportinq” və “Mançester Yunayted” klublarının da formasını geyinmiş Kriştianu Ronaldo 2009-cu ildən “Real”ın uğurları üçün çalışır. 

0