[b]"Lokomotiv" "Qızıl set"də sevindi - YENİLƏNİB[/b]
21.12.2017 - 03:39
[b]"Lokomotiv" "Qızıl set"də sevindi - YENİLƏNİB[/b]

Kişi voleybolçular arasında “Çelenc Cup” turnirində 1/16 final mərhələsinin cavab görüşləri keçirilib. Apasport.az saytının məlumatına görə, mərhələnin ikinci oyun günündə Azərbaycan çempionu “Lokomotiv” də meydana çıxıb.

 

Paytaxt təmsilçisi Bakı vaxtı ilə saat 01:30-da Portuqaliyada “Fonte Bastrado” klubunun qonağı olub. Görüşün əsas hissəsi bütünlüklə rəqibin üstünlüyü şəraitində keçib. Bakıdakı 3:1 hesablı qələbə görüşü ən pis halda “Qızıl set”ə daşıyacağı üçün komandamız çox güc sərf etməyərək əsas enerjisini sona saxlayıb.

 

Sonuncu set isə olduqca gərgin mübarizəyə səhnə olub. "Qızıl set"də rəqibinə 25:23 hesabı ilə qalib gələn "Lokomotiv" 0:3 hesablı məğlubiyyətə baxmayaraq turu keçən tərəf olub. 

 

20 dekabr

“Çelenc Cup”

1/16 final, cavab oyunu

 

“Fonte Bastrado” (Portuqaliya) - “Lokomotiv” (Azərbaycan) - 3:0 (25:13, 25:20, 25:13)

Qızıl set: 23:25

Hakimlər: Karlo Qoitre (İtaliya), Ehsanulla Rejaeyan

Praya da Vitorya, “Kompleks Desportivo Vitorino Nemesio”

 

“Fonte Bastrado”: Qerson Pereyra, Rikardo Filyo, Daniel Ruiz, Aleksandrs Kudryaşovs, Robert Viiber, Karlos Vina, Maykon Kosta, Osvaldo Ferreira da Silva, Kaio Roşa, Reynaldo da Silva, Bruno Alveş

Baş məşqçi: Xose Migel

 

“Lokomotiv”: Vüqar Bayramov, Abbas Cəfəri, Murad Abdurazakov, Əli Maqomedov, Andrey Vasilenko, Rəsul İbrahimov, Pərviz Səmədov, Dmitri Obodnikov, Asif Əliyev, Aleksey Çervyakov, İvan Kazaçkov, Dmitri Baranov, Kənan Allahverdiyev

Baş məşqçi: Fərid Cəlalov

 

 

İlk oyun: “Lokomotiv” (Azərbaycan) - “Fonte Bastrado” (Portuqaliya) - 3:1 (25:23, 21:25, 28:26, 25:20)

0