[b]Polinanın 25 xalı “Fənərbaxça”ya bəs etmədi[/b]
24.12.2017 - 18:04
[b]Polinanın 25 xalı “Fənərbaxça”ya bəs etmədi[/b]

Qadınlar arasında voleybol üzrə Türkiyə kubokunda yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Ankarada keçirilən həlledici mərhələdə millimizin üzvü Polina Rəhimovanın çıxış etdiyi “Fənərbaxça” da final uğrunda yarışıb.

 

“Sarı bülbüllər” “Vakıfbank”la üz-üzə gəliblər. Görüş “Fənərbaxça”nın 1:3 (15:25, 25:23, 15:25, 19:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Qarşılaşmanı yüksək səviyyədə keçirən Polina oyunda ən çox xal toplayan iki oyunçudan biri olub. Ancaq onun qazandığı 25 xal da komandasını məğlubiyyətdən xilas etməyə çatmayıb.

 

Qeyd edək ki, kubokun finalında “Eczaçıbaşı” ilə “Vakıfbank” qarşılaşacaqlar.

0