[b]Olimpiya mükafatçılarımız "Grand Slam”a yollandılar[/b]
27.12.2017 - 12:58
[b]Olimpiya mükafatçılarımız "Grand Slam”a yollandılar[/b]

Dekabrın 30-da Çinin Usi şəhərində taekvondo üzrə "Grand Slam” seriyasına start veriləcək. Apasport.az saytının məlumatına görə, Dünya Taekvondo Federasiyası tərəfindən təşkil olunacaq yarış 2018-ci il yanvarın 30-dək davam edəcək.

 

Bir ay ərzində keçiriləcək turnirin ilk günü Azərbaycan millisinin üzvü, dünya və Avropa çempionu, Rio-2016-nın bürünc mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Milad Beiqi Harçeqani (80 kq) mübarizə aparacaq.  

 

Turnirdə mübarizə aparacaq digər taekvondoçumuz, IV İslam Həmrəyliyi Oyunların qalibi Ayxan Tağızadə (68 kq) yanvarın 6-da, eləcə də dünya və Avropa çempionu, Rio-2016-nın qızıl medalçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Radik İsayev isə yanvarın 13-də döyüşlərə qatılacaq.

 

Hər çəki dərəcəsində 12 idmançı mübarizə aparacaq yarışlar ay ərzində həftəsonları baş tutacaq.
 

0