[b]“Tez-tez klub dəyişməyimin səbəbi...” - Herve Tçami[/b]
11.01.2018 - 14:56
[b]“Tez-tez klub dəyişməyimin səbəbi...” - Herve Tçami[/b]

“Hər şey yaxşıdı. Azərbaycan Türkiyədən çox fərqlənmir. Mən Türkiyədə çıxış etmişəm. Hər iki ölkənin insanları mehribandılar”. Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”yə baxışa gələn kamerunlu yarımmüdafiəçi Herve Tçami deyib.

 

30 yaşlı cinah yarımmüdafiəçisi Azərbaycana baş məşqçi Yuri Maksimovun dəvəti ilə gəldiyini açıqlayıb. Onun sözlərinə görə, Bakı təmsilçisində hər şey ürəyincədi: “Hələ müqavilə imzalamamışam. Amma danışıqlar gedir. Klubda hər şeydən razıyam. Məşqçi haqqımda kifayət qədər məlumatlıdı”.

 

Tçami bildirib ki, “Keşlə”yə gəlişində əsas məqsəd yaxşı oyun göstərməkdi: “Tez-tez klub dəyişməyimin səbəbi, daim yaxşı təklif almağımla bağlıdı”.

 

Qeyd edək ki, Tçani karyerası ərzində bir çox ölkədə legioner həyatı yaşayıb. Bu vaxta qədər “Hamburq II” (Almaniya), “Zaqlebie”, Poqon” (hər ikisi Polşa), “Karvina” (Çexiya), “Szolnoki”, “Honved” (hər ikisi Macarıstan), “Varnamo” (İsveç), "USM Bel-Abbes" (Əlcəzair), "Əl-Oruba" (Oman), “Girəsunspor” (Türkiyə) və “Feyrense” (Portuqaliya) klublarında oynamış vingerin son iş yeri ötən ilin oktyabr ayında ayrıldığı "Hajer” (Səudiyyə Ərəbistanı) olub.  

 

Tçami 2013-cü ildə Kamerun yığmasında debüt edib. O, millinin heyətində 1 oyun keçirib.

 

 

0