SİZİN REKLAM BURADA

Azərbaycan klubu afrikalı hücumçu gətirir

Çempionatın ikinci yarısına hazırlığını davam etdirən “Səbail” hücum xəttini gücləndirmək niyyətindədi. Apasport.az saytının məlumatına görə, yanvarın 20-də Türkiyəyə yollanacaq paytaxt klubunun düşərgəsinə yeni futbolçu qoşulacaq.

 

Bu barədə əməkdaşımızla söhbətində komandanın baş məşqçisi Samir Əliyev məlumat verib. O, baxışa gələcək həmin forvardın adını açıqlamasa da, afrikalı olduğunu bildirib: “Hazırda güclənməyə ehtiyac duyduğum mövqe hücum xəttidi. Bu boşluğu legioner futbolçunun hesabına aradan qaldırmaq istəyirik. Antalyada heyətimizə qoşulacaq afrikalını bir neçə oyunda yoxladıqdan sonra qərar verəcəm”.

 

Əliyev hazırda baxışda olan və dünən “Sabah”la yoxlama matçında iştirak edən gürcüstanlı müdafiəçi Nikolas Apakidzenin taleyinə isə hələ aydınlıq gəlmədiyini bildirib: “Apakidzeyə dünən şans verdim. Yanvarın 15-də və 18-də keçirəcəyimiz yoxlama matçlarında da onu izləyəcəm. Bizə lazım olub-olmadığı məhz bundan sonra bilinəcək”.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10