Berti Foqts: “Azərbaycanla Nigeriya futbolundakı vəziyyət müqayisə oluna bilməz”
13.05.2008 - 17:22
Berti Foqts: “Azərbaycanla Nigeriya futbolundakı vəziyyət müqayisə oluna bilməz”
“APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Almaniya mətbuatına müsahibəsində Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib. Bu gün həmvətənlərinin suallarını cavablayan 62 yaşlı mütəxəssis ölkədən kənarda yaşaması və jurnalistlərlə münasibətlərindəki problemlərə toxunub: “Daim ölkə xaricində yaşadığımı demək düzgün deyil. Mən ən pis halda cəmi 10 gün səfərdə olmuşam. Nigeriyada çalışanda isə bu müddəti də Avropada səyahət edirdim. Jurnalistlər güzgüyə baxmalıdırlar. Onlar qəzetlərinin səhifələrini doldurmaq üçün Afrikaya gedib yerli mətbuatda əllərinə keçəni köçürüb gətirirlər”. Azərbaycanda əmək şərtlərinin qənaətbəxş olduğunu vurğulayan B.Foqts zamana və dövlətin dəstəyinə ehtiyac olduğunu bildirib: “Bu, yeni meydanların inşası və tikintisi üçün vacibdir. Azərbaycanla Nigeriyada futbolundakı vəziyyət müqayisə oluna bilərmi? İndi istəyirsiniz ki, alma ilə armudu müqayisə edim? Heç kim orada mənimlə necə rəftar etdiklərini düşünmür. Afrika tam başqa qitə idi”.
0