[b]“Qarabağ”dan tək məşq[/b]
17.01.2018 - 09:09
[b]“Qarabağ”dan tək məşq[/b]

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda 8-ci günü tək məşqlə başa vurub.

 

Dünən yerli vaxtla saat 11:00-da start götürən məşq təxminən 1 saat yarım davam edib. Hazırlıq daha çox fiziki çalışmalara əsaslanıb.

 

Qeyd edək ki, komanda bu gün təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirəcək. Bakı vaxtı ilə saat 18:00-da "Qarabağ" Rusiyanın "Kuban" klubuyla qarşılaşacaq.

 

0