[b]Yığmamızın oyunçusu 6 aydan sonra meydana qayıdacaq[/b]
17.01.2018 - 18:47
[b]Yığmamızın oyunçusu 6 aydan sonra meydana qayıdacaq[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın blokçusu Ayşən Abduləzimova komandasından ayrı düşüb.

 

ABF-ə məxsus oyunçu bu gün “Acibadem Fulya Hastanesi”ndə sağ çiynindən əməliyyat olunub.

 

Abduləzimova həkimi Sarper Çətinkaya bildirib ki, cərrahiyyə əməliyyatı uğurlu alınıb və voleybolçumuz 5-6 ay sonra meydana qayıda biləcək. 

0