[b]Basketbol Federasiyasının baş katibi dünyasını dəyişdi[/b]
19.01.2018 - 12:29
[b]Basketbol Federasiyasının baş katibi dünyasını dəyişdi[/b]

Azərbaycan idmanına ciddi itki üz verib. Apasport.az saytının məlumatına görə, ölkə basketbolunun inkişafında xüsusi rolu olan Qəhrəman Məmmədyarov 79 yaşında dünyasını dəyişib.

 

Veteran basketbolçu bir gün öncə uzun sürən xəstəlikdən vəfat edib.

 

Məmmədyarov 2003-cü ildən Azərbaycan Basketbol Federasiyasında baş katib vəzifəsini icra edirdi.

 

Allah rəhmət eləsin!

0