[b]11-ci gündə 90 dəqiqə[/b]
19.01.2018 - 23:01
[b]11-ci gündə 90 dəqiqə[/b]

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, ağdamlılar on birinci günü tək məşqlə tamamlayıb.

 

Hazırlıq yerli vaxtla saat 17:30-da start götürüb və 90 dəqiqə davam edib. İsinmə hərəkətlərin ardından futbolçular fiziki çalışmalarla davam edib.

 

Hazırlıq toplu məşqlərlə yekunlaşıb.

 

Qeyd edək ki, “Qarabağ” sabah ikinci yoxlama oyununda Polşanın "Lexiya" komandasıyla qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.

0