[b]“Azərbaycanla oyunun önəmi böyükdü” - Radu Roqak[/b]
20.01.2018 - 10:02
[b]“Azərbaycanla oyunun önəmi böyükdü” - Radu Roqak[/b]

“Milliyə çağırıldığım üçün çox sevindim. Mənə şans vermək qərarına gələn məşqçilər korpusuna minnətdarlığımı bildirirəm”. Apasport.az saytının məlumatına görə, bunu Moldova millisinin debütantı Radu Roqak deyib.

 

Özbəkistanın “Dinamo” klubunun formasını geyinən 23 yaşlı müdafiəçi Moldova mətbuatına açıqlamasında milliyə ilk dəvətindən danışıb.

 

Roqak bu ay Cənubi Koreya və Azərbaycanla keçiriləcək yoldaşlıq görüşlərində məqsədinin baş məşqçiyə özünü göstərmək olacağını vurğulayıb: “Yeni baş məşqçinin ilk toplanışa məni çağırması sevindirici haldı. Aleksandr Spiridon işini peşəkar səviyyədə görən insandı. Cənubi Koreya və Azərbaycanla matçlardan çox şey gözləyirəm. Yoldaşlıq görüşü olsa belə, bu matçların mənim üçün önəmi böyükdü. Axı indiyə qədər heç vaxt millinin formasını geyinməmişəm. Taktika və digər nüanslara isə məşqçilər korpusu nəzarət edəcək”.

 

Qeyd edək ki, Moldova yığması yanvarın 27-də Antalyada Cənubi Koreya, 30-da isə Azərbaycanla qarşılaşacaq.

0