[b]“Qarabağ” və “Qəbələ” rəsmiləri “Fənərbaxça”nı ziyarət etdi - FOTO[/b]
23.01.2018 - 01:15
[b]“Qarabağ” və “Qəbələ” rəsmiləri “Fənərbaxça”nı ziyarət etdi - FOTO[/b]

“Qarabağ” və “Qəbələ”nin mətbuat xidmətlərinin rəhbərləri Nurlan İbrahimov və Anar Hacıyev “Fənərbaxça”nı ziyarət ediblər. Apasport.az-ın Türkiyə təmsilçisinin rəsmi saytına istinaən məlumatına görə, klub rəsmilərini “sarı-lacivərtlilər”in İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Necati Mete və  Rəqəmsal və Sosial Media şöbəsinin səlahiyyətli nümayəndəsi Çağatay Durqun müşaiyət edib.


“Fənərbaxça”nın rəqəmsal və sosial media ilə əlaqələri barədə məlumat alan “Qarabağ” və “Qəbələ” rəsmiləri ardınca “Şükrü Saraçoğlu” stadionu və klubun bazasını gəziblər.

 

Arenada xatirə fotosu çəkdirən qonaqlar paltardəyişmə otaqlarına da baxıblar.

 

Azərbaycanlı klub rəsmiləri ziyarət çərçivəsində “Fənərbaxça” televiziyası və jurnalının redaksiyası ilə də tanış olublar.

 

 

 

 

0