[b]“Neftçi” bunu gözləmirdi” – Rinat Bilyaletdinov[/b]
23.01.2018 - 09:15
[b]“Neftçi” bunu gözləmirdi” – Rinat Bilyaletdinov[/b]

“Belə hesabla qalib gəlib, sonra hər hansı narazılıq qeyd etmək düzgün olmazdı. Oyuna gəlincə, hesabın belə alınmasına gətirən məqamları daha da möhkəmləndirməyə çalışmaq lazımdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “OİK Xabarovsk” klubunun baş məşqçisi Rinat Bilyaletdinov deyib.

 

Rusiyalı mütəxəssis “Neftçi” ilə yoxlama oyunu barədə fikirlərini bildirib: “Bu matçda standart vəziyyətlərdən yaxşı istifadə etdik. Düzdü, hər dəfə bütün zərbələrin qapının küncünə vurulacağına təminat vermək çətindi. Amma futbolçularımız göstərdi ki, bunu bacarırlar. Yağış yağsa da, meydança kifayət qədər yaxşı idi və bu bizə yüksək sürətdə oynamağa imkan verdi. Buraxdığımız qol da dərindən təhlil üçün əsas verir. Bu qarşılaşmada daha çox şeyin alındığını demək olar. Oyunun başlanğıcı bizim üçün yaxşı alındı. Rəqib də bunu gözləmirdi. Əgər “Tirana” ilə matçda bizə rəqib qapıçı bağışlamışdısa, bu dəfə hər şeyi özümüz təşkil etdik. Rəqib barədə danışmaq çətindi. Ola bilər ki, onlar da böyük yükləmə altında olublar və ya oyun praktikasızdılar. Lakin biz daha sürəli idik ki, üstünlüyün böyüklüyü də bununla bağlıdı”.

 

Qeyd edək ki, “OİK Xabarovsk” Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında ilk matçına çıxan “Neftçi” ilə yoxlama oyunundani böyük hesabla məğlub edib – 8:1.

0