[b]“Gücümüz tükənənə qədər savaşacağıq” – yığmamızın hücumçusu[/b]
24.01.2018 - 18:21
[b]“Gücümüz tükənənə qədər savaşacağıq” – yığmamızın hücumçusu[/b]

“Qrupumuzda çox güclü klublar yer alıb. Çempionlar Liqasında asan rəqibinin yer alması da onsuz mümkün deyil”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova deyib.

 

“Fənərbaxça”nın şərəfini qoruyan hücumçu İstanbul təmsilçisinin Çempionlar Liqasında İtaliya “Konegliano”su ilə oyununu dəyərləndirib. Rəhimova bildirib ki, sabah III tur çərçivəsində təşkil olunacaq görüşdə hədəfləri yalnız qələbədi: “Konegliano” çox güclü komandadı və təcrübəli oyunçulardan təşkil edilib. Görüş çətin keçəcək. Amma matçda qələbə qazanmaq üçün hər şey edəcəyik. Öz evimizdə oynayırıq. Doğma divarlar arasında çıxış etmək əlavə üstünlükdü və bundan yararlanaraq qarşılaşmanı qazanmaq istəyirik. Çox yaxşı hazırlaşırıq. Gücümüz tükənənə qədər də savaşacağıq”.

 

Qeyd edək ki, Çempionlar Liqasında B qrupunda yer alan “Fənərbaxça” ilk turda “Agel”ə (Çexiya) 3:1 hesabı ilə qalib gəldiyi halda, ikinci matçında “Novara”ya 2:3 hesabı ilə uduzub.  

0