[b]25 min dollarlıq yarışda rəqiblərimiz bilindi[/b]
25.01.2018 - 17:06
[b]25 min dollarlıq yarışda rəqiblərimiz bilindi[/b]

Fevralın 5-dən 8-nə kimi İranın Zəncan şəhərində keçiriləcək “İran Fəcr Beynəlxalq Çellenc” turnirində iştirak edəcək badmintonçularımızın rəqibləri müəyyənləşib. Badminton Federasiyasından apasport.az saytına verilən məlumata görə, təmsilçilərimizdən Cahid Əlhəsənov 1/64 finalda iranlı Məsud Piroozi ilə qarşılaşacaq.

 

Cahid ev sahibi ilə görüşdən qalib ayrılacağı təqdirdə, növbəti mərhələdə Vyetnam təmsilçisi Tien Minh Nquenlə üz-üzə gələcək.

 

Digər badmintonçumuz Səbuhi Hüseynovun rəqibi isə iranlı Zana Qaderi olacaq. Səbuhi 1/32 finala vəsiqə qazanacağı halda, Cob Kastilyo (Meksika) - Erfan Taran (İran) cütünün qalibi ilə mübarizə aparacaq. Badmintonçularımızdan Orxan Qələndərov da püşkün nəticələrinə əsasən, ilk mərhələdə iranlı idmançı ilə qarşılaşacaq. Qələndərovun 1/64 finalda rəqibi Əmir Cabbaridi. Orxan bu mərhələni adlayacağı halda, 1/32 finalda vyetnamlı Le Duc Phatla iranlı Arad Bahri cütünün qalibi ilə üz-üzə gələcək. Püşk Kənan Rzayevə iranlı Məhəmməd Pairavandı rəqib seçib. Bu cütün qalibi 1/32 finalda Məhəmməd Həsən (İraq) - Bernardo Atilano (Portuqaliya) duelinin qalibi görüşəcək.

 

Beynəlxalq turnirdə ölkəmizi təmsil edəcək Teymur Abbasov isə növbəti mərhələyə yüksəlmək üçün iranlı Əmir Qasemi məğlub etməlidi. Bu halda, Abbasovun 1/32 finalda rəqibi Qatra Pilanq Fiqihila Cupu (İndoneziya) - Mehran Şahbazi (İran) cütünün qalibi olacaq.

 

Ümumi mükafat fondu 25 min ABŞ dolları təşkil edən yarış şəxsi xarakter daşıyır. “İran Fəcr Beynəlxalq Çellenc” turniri Beynəlxalq Badminton Federasiyasının mövcud qaydaları əsasında keçiriləcək.

0