[b]Yığmamız Avropa Kubokuna 5 cüdoçu ilə yollanır[/b]
30.01.2018 - 15:02
[b]Yığmamız Avropa Kubokuna 5 cüdoçu ilə yollanır[/b]

Fevralın 3-də Portuqaliyanın Olivelas şəhərində qadın cüdoçular arasında açıq Avropa Kuboku keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.

 

Komandamızın baş məşqçisi Natiq Bağırov turnirdə 5 idmançıya şans verəcək. O, Avropa Kubokunda Aişə Qurbanlı (48 kq), Elmira Mustafayeva (57 kq), Kristina Jukavets (63 kq), Günel Həsənli (70 kq) və Nuranə Muradovanı (78 kq) sınayacaq.

 

Avropa Kubokunda isə 20 ölkədən 152 cüdoçu mübarizə aparacaq. 

0