[b]Bekhemin xanımı şübhəli duruma düşdü - FOTO[/b]
06.02.2018 - 21:21
[b]Bekhemin xanımı şübhəli duruma düşdü - FOTO[/b]

Keçmiş futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem narkotik vasitə qəbul etməkdə şübhəli bilinir. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, buna tanınmış modelin sosial şəbəkədə paylaşdığı foto səbəb olub.

 

Belə ki, Viktoriya rəfiqələri ilə birlikdə əyləncəli vaxt keçirib və həmin anı özündə əks etdirən şəkli "İnstaqram"da paylaşıb. Bu zaman Viktoriyanın fanatları arxa fonda narkotikə oxşar maddənin olduğunu hiss ediblər.

 

Onlar Bekhemin xanımının narkotik vasitədən istifadə etdiyini və bunun bilinməsindən çəkinmədiyini düşünüblər.

0