[b]“Kəpəz” yeni transferlərini təqdim etdi - FOTO[/b]
08.02.2018 - 20:00
[b]“Kəpəz” yeni transferlərini təqdim etdi  - FOTO[/b]

“Kəpəz” daha iki transferini rəsmən açıqlayıb. Apasport.az-ın məlumatına görə, Gəncə klubu rəsmi saytı vasitəsilə son transferlərini təqdim edib.

 

Daha öncə xəbər verdiyimiz kimi, “sarı-göylər” Trinidad və Tobaqodan olan hücumçu Şahdon Vinçester və ukraynalı müdafiəçi İqor Korotetski ilə müqavilə bağlayıblar. Hər iki oyunçu mövsümün sonuna kimi "Kəpəz"də çıxış edəcək.

 

Korotetski yeni komandasına azad agent kimi keçdiyi halda, Vinçester Meksikanın “Murselaqos” klubundan icarəyə götürülüb.

0