[b]“Barselona”dan yeni rekordlar - VİDEO[/b]
09.02.2018 - 10:03
[b]“Barselona”dan yeni rekordlar - VİDEO[/b]

İspaniya Kral Kubokunun yarımfinalında “Valensiya”nı üstələyərək (1:0, 2:0) finala adlayan “Barselona” yeni rekordlar müəyyənləşdirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya təmsilçisi ardıcıl 5-ci dəfə finala yüksəlməyi bacarıb.

 

Son 8 mövsümün hamısında yarımfinala qədər irəliləməklə diqqət çəkən “Barsa” həm də tarixi ərzində 40-cı dəfə həlledici görüşdə iştirak imkanı əldə etməklə, “Real”ı qabaqlayıb. Maraqlıdı ki, axırıncı 10 finalın 8-də iştirakçı olan “Barselona” 2008-09 mövsümünə qədərki son 10 ildə İspaniya Kral Kubokunda uğursuz çıxışla yadda qalıb.

 

Finalda “Sevilya”nın rəqibi olacaq Ernesto Valverdenin kollektivi iki il əvvəl bu rəqibini həlledici qarşılaşmada 2:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, İspaniya Kral Kubokunun final görüşü aprelin 21-də baş tutacaq.

 

0