[b]“Bəzi məqamların üzərində çox işləməliyik” - Şəfaqət Həbibova[/b]
10.02.2018 - 10:12
[b]“Bəzi məqamların üzərində çox işləməliyik” - Şəfaqət Həbibova[/b]

“Bu dəfə AVF komandasına qarşı oyun daha ciddi və daha çətin alındı”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in voleybolçusu Şəfaqət Həbibova deyib.

 

Yığmamızın da şərəfini qoruyan toppaylayıcı Super Liqada AVF klubu ilə oyunu şərh edib. O, Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə bildirib ki, “quru hesablı” qələbə qazansalar da, hələ üzərilərində işləməlidilər: “Birinci və ikinci setdə yaşananlar bunun bir göstəricisidi. 3:0 hesablı qələbəyə baxmayaraq, başa düşürük ki, bəzi məqamların üzərində çox işləməliyik, daha stabil olmalıyıq”.

 

0