[b]“Gözlədiyimdən daha effektiv oyunlar gördüm” – “Neftçi”nin yeni transferi[/b]
11.02.2018 - 21:42
[b]“Gözlədiyimdən daha effektiv oyunlar gördüm” – “Neftçi”nin yeni transferi[/b]

“Kəpəz”lə oyunda 90 dəqiqə meydanda olan komandasında ilk rəsmi oyununu keçirən “Neftçi”nin yarımmüdafiəçisi Fransisko Qarsiya matçdan sonra apasport.az saytının da suallarını cavablandırıb.

 

- “Neftçi” istədiyi oyunu nümayiş etdirə bildi?

- Uzun yolun başlanğıcıdı. Addımlarımızı indi atırıq. İstədiyimizi növbəti oyunlarda daha yaxşı şəkildə yerinə yetirəcəyik.

 

- Debüt etməyinizə baxmayaraq, meydanda özünüzü rahat hiss edirdiniz. Adaptasiyanı tez keçməyinizə nə kömək etdi?

- Komandada olan ab-hava bu işdə köməyim oldu. Oyunçular arasında birlik var. Üsətlik, baş məşqçinin etimad göstərməsi də işimi asanlaşdırdı. Əlbəttə, çalışıram ki, onun etimadını doğruldum.

 

- Dediniz uzun yolun başlanğıcındasınız. Halbuki mövsüm üçü finişə doğru gedir. Sonda hansı nəticəni gözləyirsiniz?

- Oyunumuzu yaxşılaşdırmağa, qələbələri sıralamağa çalışacağıq. Mümkün qədər baş məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirməliyik. Qarşımıza nə məqsəd qoyulsa, ona çatmaq üçün mübarizə aparacağıq.

 

- “Neftçi” yoxlama oyunu olsa belə, 1:8 hesabı ilə məğlub oldu. Karyeranız ərzində belə yenilgi ilə üzləşmişdiniz, yoxsa bu, bir ilkdi...

- Xeyr, belə böyük nəticə olmayıb karyeramda. Amma futbolda bu cür nəticələr qaçılmazdı. Ruhdan düşmək olmaz. Üzərimizdə işləməliyik.

 

- Yəqin bir günə əvvəl keçirilən oyunları izləmisiniz və çempionatımız haqda ilkin təəssüratlar formalaşıb. Gözlədiyiniz mənzərə ilə qarşılaşmısınız?

- Əksinə, gözlədiyimdən də effektli oyunlar gördüm. Çünki komandaların hamısı bir-biri ilə sona qədər mübarizə aparır. Demək olar, əksər komandaların səviyyəsi bir-birinə yaxındı. Bizi çətin bir yol gözləyir və çalışacağıq uğurla irəliləyək.

 

- Artıq çəkidən əziyyət çəkən hücumçunu topla təmin etmək, ona ötürmələr vermək çətin deyil?

- Hər futbolçunun öz oyun üslubu var. İşim hücumçuları qol ötürmələri ilə təmin etməkdi. Çalışıram üzərimə düşən işi görüm.

0