[b]“Qarabağ” Türkiyədə “Beşiktaş”a rəqib oldu[/b]
14.02.2018 - 18:16
[b]“Qarabağ” Türkiyədə “Beşiktaş”a rəqib oldu[/b]

Türkiyənin “Milliyyet” qəzeti “ilin ən yaxşıları” mükafatına namizədləri açıqlayıb. Apasport.az saytı xəbər verir ki, 8 nominasiya üzrə keçiriləcək sorğuda “Qarabağ”a da səs vermək mümkün olacaq.

 

Belə ki, Azərbaycan çempionu 64-cü dəfə təşkil edilən səsvermə zamanı “ilin ən yaxşı komandası” adına namizəddi. Ötən il ölkə çempionu olan və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisinin futbol komandaları arasında rəqibləri “Beşiktaş” klubu və əlillərdən ibarət Türkiyə yığmasıdı.

 

Bundan başqa, azərbaycanlı atlet Ramil Quliyev də mükafat əldə edə bilər. 200 m məsafəyə qaçışda dünya çempionu olan həmyerlimiz həm “ilin idmançısı”, həm də “ilin yüksəlişdə olan idmançısı” nominasiyasında namizədlərdəndi.

 

Qeyd edək ki, qaliblərin adlarına apreldə aydınlıq gələcək.

0