[b]Yığma üzvünün 24 xalı qələbəyə yetmədi[/b]
14.02.2018 - 21:31
[b]Yığma üzvünün 24 xalı qələbəyə yetmədi[/b]

Azərbaycan yığmasının voleybolçusu Polina Rəhimovanın formasını geyindiyi "Fənərbaxça" klubu Türkiyə Sultanlar Liqasında növbəti oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi XX tur çərçivəsində "Vakıfbank"la qarşılaşıb.

 

Millimizin hücumçusunun da iştirak etdiyi görüş "Fənərbaxça"nın məğlubiyyəti ilə yekunlaşıb - 1:3.

 

İlk setdə 29:27 hesabı ilə üstün olan "Vakıfbank" ardınca 25:17 hesablı qələbə qazanıb. Üçüncü set "Fənərbaxça"nın üstünlüyü (25:21) ilə başa çatsa da, Rəhimovanın komandasının bundan artığına gücü çatmayıb.

 

Sonuncu seti 25:20 hesabı ilə öndə bitirən "Vakıfbank" görüşdən qalibiyyətlə ayrılıb.

 

Qeyd edək ki, Rəhimova 24 xalla ən məhsuldar oyunçu olub. 

0