[b]"Bavariya" Rodrigesi birdəfəlik almaq istəyir[/b]
15.02.2018 - 00:20
[b]"Bavariya" Rodrigesi birdəfəlik almaq istəyir[/b]

"Bavariya" rəhbərliyi komandada icarə əsasında çıxış edən Hames Rodrigesin transfer hüququna birdəfəlik sahib olmaq niyyətindədi. Apasport.az saytı "Bild" nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu bu məqsədlə indidən "Real"la danışıqlara başlayıb.

 

Transfer hüququ Madrid təmsilçisinə məxsus olan kolumbiyalı yarımmüdafiəçi ötən ilin yayında "Bavariya"ya 2 illik icarəyə verilib. Onun transfer qiyməti 70 milyon avro olaraq dəyərləndirilir.

 

Qeyd edək ki, Rodriges "Bavariya"da 24 oyunda 4 qola imza atıb.

0