[b]Dadaşov komandasını 1/4 finala daşıdı[/b]
15.02.2018 - 09:40
[b]Dadaşov komandasını 1/4 finala daşıdı[/b]

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun komandası “Dinamo” növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, IV Bundesliqa təmsilçisi Berlin kubokunda da uğurlu çıxışını davam etdirir.

 

“Dinamo” 1/8 final mərhələsində “Türkiyemspor”la üz-üzə gəlib. Dadaşovun komandası səfər matçında hər hissədə bir dəfə fərqlənərək, adını 1/4 finala yazdırıb. 28-ci dəqiqədə hesabı açan Rüfət 60-cı dəqiqədə dublunu rəsmiləşdirib. Meydan sahiblərinin gücü son dəqiqələrdə fərqi minimuma endirməyə çatıb. Həmyerlimizi 84-cü dəqiqədə komanda yoldaşı Rafael Brand əvəzləyib.

 

Qeyd edək ki, Rüfət Dadaşov hazırda IV Bundesliqada 20 qolla bombardirlər yarışına başçılıq edir.

0