[b]Yığmamızın üzvünə ehtiyac olmadı[/b]
17.02.2018 - 11:32
[b]Yığmamızın üzvünə ehtiyac olmadı[/b]

Hollandiyanın I Divizionunda XXV turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, gənclərdən ibarət millimizin futbolçusu Ozan Can Kökcünün formasını geyindiyi “Valveyk” klubu da meydana çıxıb.

 

Öz meydanında “Kambur”la üz-üzə gələn kollektiv rəqibindən 1 xal almağı bacarıb. Görüş qolsuz bərabərliklə nəticələnib.

 

Kökcü qarşılaşmanın iştirakçısı olmayıb. Ehtiyat oyunçular skamyasında yer alan futbolçuya ehtiyac duyulmayıb.

 

Qeyd edək ki, aktivində 25 xal olan “Valveyk” turnir cədvəlində hazırda 18-ci yerdədi.

0