[b]Bundesliqa klubunda növbəti istefa[/b]
20.02.2018 - 00:29
[b]Bundesliqa klubunda növbəti istefa[/b]

“Volfsburq”da növbəti baş məşqçi istefası reallaşıb. Apasport.az saytının məlumatına görə, Bundesliqa təmsilçisinin çalışdırıcısı Martin Şmidt tutduğu vəzifədən göndərilib.

 

50 yaşlı mütəxəssisin istefa ərizəsi klub rəhbərliyi tərəfindən qəbul edilib. Onun komandanın son oyunlarındakı nəticələri səbəbindən istefa verdiyi bildirilir.

 

Qeyd edək ki, Şmidt “canavarlar”ın sükanı arxasında ötən ilin sentyabr ayında hollandiyalı Andres Yonker əvəzləmişdi.

0