[b]"Sumqayıt"a müvəqqəti prezident təyin olundu[/b]
20.02.2018 - 15:30
[b]"Sumqayıt"a müvəqqəti prezident təyin olundu[/b]

Bu gün "Sumqayıt”ın Müşahidə Şurasının növbəti iclası keçirilib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, toplantıda “gənclik şəhəri” təmsilçisinin sabiq prezidenti Kamran Quliyevə fəaliyyətinə görə təşəkkür olunub, ona gələcək işlərində uğurlar arzulanıb.

 

Klubun prezidentinin səlahiyyətlərinin icrası isə vitse-prezident Vaqif Ömərova tapşırılıb. 

 

Ömərov "Azərikimya" İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədridi.

 

Qeyd edək ki, “Sumqayıt”dan şəxsi istəyi ilə ayrılan Kamran Quliyev isə bir neçə gün öncə “Neftçi”nin prezidenti təyin olunub. 

0