[b]Aquero ilə bağlı gözlənilməz qərar[/b]
20.02.2018 - 22:30
[b]Aquero ilə bağlı gözlənilməz qərar[/b]

“Mançester Siti”nin hücumçusu Serxio Aquero ilə bağlı hansı qərarın veriləcəyi müəyyənləşib. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, argentinalı futbolçu gözlənilmədən cəza almayacaq.

 

Məsələ burasındadı ki, İngiltərə kubokunun 1/8 final mərhələsinin “Uiqan”la oyunundan sonra Aquero bir azarkeşlər insident yaşayıb. Belə ki, “şəhərlilər”in 0:1 hesabı ilə uduzduqları matç bitdikdən sonra ev sahiblərinin azarkeşləri qələbəni bayram etmək üçün meydana axışıblar. Bu zaman fanatlardan biri Aquero ilə toqquşub. Nəticədə argentinalı forvard əsəbindən ona sərt reaksiya göstərib. Araya girən futbolçular və məşqçi korpusu hadisənin böyüməsinə imkan verməyiblər.

 

İnsidenti araşdıran İngiltərə Futbol Assosiasiyası ulduz futbolçunu cəzalandırmağa ehtiyac duymayıb.

0