[b]Əcnəbi yığmalarımızın baş məşqçilərinə dərs keçir - FOTO[/b]
06.03.2018 - 11:44
[b]Əcnəbi yığmalarımızın baş məşqçilərinə dərs keçir - FOTO[/b]

Bakıda AFFA-nın təşkilatçılığı ilə UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun VI modulu başlayıb. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, kursa isveçrəli mütəxəssis Dani Rayser rəhbərlik edir.

 

Məşqçi kursunun bu mərhələsi martın 9-dək davam edəcək.

 

Kursda aşağı yaş qrupu üzrə yığmalarımızın baş məşqçiləri Rəşad Sadıqov, Vüqar Məmməd, Ramin Quliyev, Zaur Həşimov, həmçinin tanınmış mütəxəssislərdən Yaşar Vahabzadə, Mahmud Qurbanov, Samir Abasov, Aslan Kərimov və Elçin Rəhmanov da iştirak edirlər.

0