[b]İbrahim Şehiçi gözləyən ağır qrafik - FOTO[/b]
07.03.2018 - 20:15
[b]İbrahim Şehiçi gözləyən ağır qrafik - FOTO[/b]

Bosniya və Herseqovina millisinin 2018-ci il üçün oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, Balkan təmsilçisi bir il ərzində yoldaşlıq və Millətlər Kuboku da daxil olmaqla 10 oyun keçirəcək.

 

Mart ayında iki dəfə meydana çıxacaq Robert Prosineçkinin komandası ayın 23-də səfərdə Bolqarıstan, 28-də isə Fransada Seneqalla üz-üzə gələcək.

 

Növbəti iki matç isə may və iyunda keçiriləcək. Bosniyalılar həmin ayın 28-də Monteneqronu qəbul edəcəksə, iyunun 1-də Cənubi Koreyaya qonaq olacaqlar.

 

8 və 11 sentyabrda Millətlər Liqasında uyğun olaraq səfərdə Şimali İrlandiya və evdə Avstriya ilə qarşılaşacaq komanda oktyabrda daha iki dəfə meydana çıxacaq.

 

Oktyabrın 11-də sınaq matçında Türkiyəyə qonaq olacaq Bosniya və Hersoqovina millisi bundan 4 gün sonra evdə Şimali İrlandiya ilə Millətlər Liqasının cavab oyununu keçirəcək.

 

İlin son iki qarşılaşması isə noyabr ayında baş tutacaq. İspaniyada yerli yığmaya qarşı sınaq matçı ayın 6-da olacaqsa, Avstriya ilə Millətlər Liqasının cavab matçı noyabrın 15-də səfərdə oynanılacaq.

 

Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının şərəfini qoruyan “Qarabağ”ın qapıçısı İbrahim Şehiç qarşıdakı ilk iki matça – Bolqarıstan və Seneqalla oyunlara dəvət alıb.

 

0