[b]Baş katib güllərlə təbrik etdi, yığmamız qələbə qazandı - FOTO[/b]
08.03.2018 - 19:01
[b]Baş katib güllərlə təbrik etdi, yığmamız qələbə qazandı - FOTO[/b]

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının elit-raunduna hazırlaşan komandamız yenə Ukrayna ilə qarşılaşıb.

 

Matçdan əvvəl AFFA rəhbərliyi adından 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər iki komandanın üzvlərini təbrik edən baş katib Elxan Məmmədov onlara gül təqdim edib.

 

Ölkəmizdə təlim-məşq toplanışında olan qonaqlarla ikinci oyun da komandamızın üstünlüyü şəraitində keçib. Belə ki, Bakı Olimpiya stadionunun ehtiyat meydanında baş tutan matçda yığmamız 2 cavabsız qolla qalib gəlib - 2:0. Qollara Sona Rəhimova və Birgul Çelik imza atıblar.

 

Qeyd edək ki, Azərbaycan və Ukrayna arasında martın 6-da “Dalğa Arena”da keçirilən ilk görüşdə millimiz 1:0 hesablı qələbə qazanıb.

0