[b]Məsut Özil Kantonanı keçdi, “Arsenal” “Mançester Yunayted”ə yaxınlaşdı[/b]
11.03.2018 - 21:14
[b]Məsut Özil Kantonanı keçdi, “Arsenal” “Mançester Yunayted”ə yaxınlaşdı[/b]

İngiltərə Premyer Liqasının 30-cu turunda “Arsenal” “Uotford”la qarşılaşıb. Apasport.az saytının məlumatına görə, “topçular”ın 3:0 hesablı qələbəsi ilə başa çatan oyun bir sıra əlamətdar məqamlarla yadda qalıb.

 

Belə ki, görüşün ilk qolunda Şkodran Mustafiyə məhsuldar ötürmə edən Məsut Özil Premyer Liqada 50-ci “assist”ini edib. Bununla da o, 141 oyunla bu göstəriciyə ən tez çatan futbolçu olub. Daha əvvəl “Mançester Yunayted”in əfsanəvi oyunçusu Erik Kantona 143 matçda 50 dəfə məhsuldar ötürmə ilə yadda qalmışdı.

 

Mustafinin vurduğu qol isə “Arsenal” tarixinə düşüb. London təmsilçisi Premyer Liqa tarixində öz meydanında 1000-ci dəfə rəqiblərini məyus edib. Öz meydanında ən çox qolu “Mançester Yunayted” vurub – 1066. Sonrakı yerlərdə “Çelsi” (980), “Liverpul” (959) və “Tottenhem” (843) qərarlaşıb.

0