“Neftçi” klubunun keçmiş futbolçusu məşqçilik fəaliyyətində ilk kubokunu qazanıb
21.05.2008 - 16:09
“Neftçi” klubunun keçmiş futbolçusu məşqçilik fəaliyyətində ilk kubokunu qazanıb
Bakı. Elşən Məmmədov-APA-Sport. “Neftçi”, “Turan”, “Şəmkir” və “Şahdağ” (Qusar) klublarında çıxış etmiş Kamran Əlibabayev məşqçilik fəaliyyətində ilk uğura imza atıb. “APA-Sport” agentliyinin məlumatına görə, keçmiş hücumçu Dağıstanın Süleyman-Stal rayonunun Qasımkənd qəsəbəsini təmsil edən “Kürə” komandasının baş məşqçisi qismində müvəffəqiyyətə nail olub. “Kürə” Cənubi Dağıstanın komandaları arasında keçirilən turnirin həlledici görüşündə yarışın ötənilki qalibi “Ləki”yə 4:0 hesabı ilə qalib gələrək, baş mükafata sahib çıxıb. 37 yaşlı K.Əlibabayev dörd il öncə yaradılan komandanın Dağıstan çempionatında da yaxşı oyun nümayiş etdirəcəyinə inamını bildirib.
0