[b]Millimiz Kiyevə gedir[/b]
12.03.2018 - 16:20
[b]Millimiz Kiyevə gedir[/b]

19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, martın 13-dən 17-dək Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq təlim-məşq toplanışında 19 futbolçu iştirak edəcək.

 

Bunlar Həqiqət Qasımova, Nərmin Əhmədli (hər ikisi “Təhsil”), Ülkü Özdəmir, Haticə Özdəmir (“Montabaur”, Almaniya), Nino Qurqenidze (“Martve”, Gürcüstan), Cəmilə Hüseynova, Aytən İbadova (hər ikisi “Qubek”), Nigar Abdulova (“Qəbələ”), Peritan Bozdağ, Muazəz Yağmur Özkumru (hər ikisi “Konak Bələdiyyəspor”, Türkiyə), Firəngiz Teymurova (“Keşlə”), Ayşən Əhmadova, Vüsalə Seyfəddinova, Rövşanə Sərdarlı (hamısı “Gənclik”), Arzu Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi “Sumqayıt”), Dilge Uyğun (“Ayntraxt”, Almaniya) və Türkiyə “1207 Antalya Döşəməaltı Bələdiyyəspor”un üzvləri Öznur Tasla Sudə Topçududu.

 

Hazırlıq prosesi çərçivəsində Vüqar Əsgərlinin yetirmələri Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2  yoldaşlıq oyunu keçirəcək. Komandalar martın 14-də və 17-də üz-üzə gələcəklər.

 

Mənbə: affa.az

0