[b]PSJ-nin transfer hədəfləri müəyyənləşdi[/b]
12.03.2018 - 22:29
[b]PSJ-nin transfer hədəfləri müəyyənləşdi[/b]

Çempionlar Liqasında mübarizəni dayandıran PSJ mövsümün sonunda heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris klubu bir neçə ulduz futbolçunu transfer etməyi planlaşdırır.

 

Fransızlar, xüsusən də, qapı, müdafiənin sol cinahı, yarımmüdafiə və hücum xətti üçün axtarışlara başlayıb. Qapıçı mövqeyinə əsas namizədlər Tibo Kurtua ("Çelsi"), David De Xea ("Mançester Yunayted") və Canluici Donnarummadı ("Milan"). Rəhbərlik müdafiəyə Aleks Sandronu ("Yuventus"), yarımmüdafiəyə isə Nqolo Kante ("Çelsi") və ya Fabinyonu ("Monako") almağı düşünür.

 

Əgər yayda Edinson Kavani komandanı tərk etsə, hücuma Robert Levandovski ("Bavariya") və ya Harri Keyn ("Tottenhem") transfer olunacaq.

 

Bu transferlərlə yanaşı, Neymarı da heyətində saxlamağı planlaşdıran PSJ baş məşqçi dəyişikliyinə də əl atacaq. Belə ki, Fransa təmsilçisi "Çelsi"nin baş məşqçisi Antonio Konte, "Tottenhem"in çalışdırıcısı Maurisio Poçettino və hazırda işsiz olan Luis Enrike arasında seçim edəcək.

0