[b]“O, qardaşdı, amma...” – Pərdis Fərcad-Azad[/b]
13.03.2018 - 18:34
[b]“O, qardaşdı, amma...” – Pərdis Fərcad-Azad[/b]

“Yaxşı oynadıq, rəqibdən qorxmadıq. Xüsusən də, fasilədən sonra inamlı oyun sərgilədik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Keşlə”nin hücumçusu Pərdis Fərcad-Azad deyib.

 

Azərbaycan Premyer Liqasının XX turunda “Qəbələ”ni qəbul edən bakılılar 1:1 hesablı heç-heçə ediblər.

 

Matçdan sonra jurnalistlərin suallarını cavablandıran Pərdis nəticədən narazı qalmadığını bildirib: “Hesab oyuna görə oldu. Biz də qol epizodları yaratdıq, rəqib də. Daha 1-2 qol vura bilərdik. Amma alınmadı. Bizə nəyin mane olduğunu bilmirəm. Deyərdim ki, bəxtimiz də gətirmədi. Keyfiyyətli komandamız var. Sadəcə, onu tam olaraq göstərə bilmədik. Heyətimizdə yaxşı futbolçular toplaşıb. Nəsə etməyə çalışırıq. Lakin tam gücümüzü göstərə bilmirik. İkinci hissədə 80-90 faiz nəyə qadir olduğumuzu nümayiş etdirdik”.

 

Fərcad-Azad “Qəbələ” ilə görüşdəki hakim idarəçiliyi haqda da danışıb: “Ömər Paşayevi tanıyıram, qardaşdı. Amma bu gün pis hakimlik etdi. Bir epizodda Vitali Vernidub məni arxadan itələdi, digər lakin hakimin fiti susdu”.

0