[b]"Təcrübələri çatsaydı, qarşısını alardılar" - Yunis Hüseynov[/b]
14.03.2018 - 22:33
[b]"Təcrübələri çatsaydı, qarşısını alardılar" - Yunis Hüseynov[/b]

"Qalib gəlmək istəyirdik. Xüsusən, ilk yarıda pis təsir bağışlamadıq. İkinci hissənin ilk 25 dəqiqəsində isə oyunu rəqibə verdik". Apasport.az saytı xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov deyib.

 

Azərbaycan Premyer Liqasının XX turunda "Sumqayıt"ın qonağı olan Gəncə təmsilçisi meydandan məğlub ayrılıb - 1:2.

 

Matçdan sonra keçirilən mətbuat konfransında Hüseynov bunları deyib: "Rəqib qapımıza 2 zərbə vurdu. Uşaq səhvlərindən qollar buraxdıq. Bu gün 1 xala layiq idik. Qarşıdakı fasilə müddətində yaxşı hazırlaşaraq, nəticələr göstərəcəyik". 

 

- Komandanızın psixoloji cəhətdən oyuna hazır olmadığını düşünmürsünüz?

- Futbolu 90 dəqiqə oynamaq lazımdı. Ya 2-ci, ya da 85-ci dəqiqədə səhvlər edirsən, qollar vurulur. İkinci qolda Cavid İmamverdiyev topu ələ keçirdikdən sonra heç kim ona yaxın oynamadı. Təcrübələri çatsaydı, qarşısını alardılar. 

 

- Sanki Dario Frederiko özünü qoruyurdu...

- Hansısa futbolçunun özünü qorumasını hiss etmədim. Dario topla çox oynamaq istəyir. Buna görə də rəqib ona yaxın oynayırdı. Süni örtüklə təbii arasında fərq ola bilər, amma inanmıram ki, buna görə olsun. 

 

- Dieqo Souzanı komandaya siz gətirmisiniz, yoxsa kənar şəxslər?

- Dieqonu mən bəyənib gətirmişəm. Bizə kənardan heç kim oyunçu gətirmir. Dieqonun bədən quruluşu elədi. Bu oyuna zədəli halda çıxmışdı. Çünki həm Samir Zərgərov, həm də Vinçester oynamırdı. "Xəzər Lənkəran"da da eyni tempdə qaçırdı. Sadəcə, meydanda qara işləri görürdü. Qarşıdakı 15 gün ərzində çalışacağıq ki, zədəli futbolçuları hazır vəziyyətə gətirək. Elə futbolçular var ki, piyada gəzəndə də ayağını dartır. 

 

- "Kəpəz"dən kiminsə milliyə çağırılacağını gözləyirsiniz?

- Dəvət etsələr, sevinərik. Amma autsayder olduğumuzdan, çətin ki, kimisə çağırsınlar. Bu, Qurban Qurbanovun səlahiyyətindədi. 

0