[b]Yığmamızın sabiq oyunçusu Qazaxıstan millisində[/b]
15.03.2018 - 09:57
[b]Yığmamızın sabiq oyunçusu Qazaxıstan millisində[/b]

Futzal üzrə Qazaxıstan millisinin və “Kayrat” klubunun baş məşqçisi vəzifəsində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatını 4-cü pillədə başa vuran Qazaxıstan millisinin nəticələri məqbul sayılmadığından federasiya rəhbərliyi Kakaunun xidmətinə ehtiyac duymayıb və yeni mütəxəssis dəvət edib.

 

Komandanı yenə braziliyalı mütəxəssis çalışdıracaq. Söhbət son illərdə Rusiyanın “Qazprom - Yuqra” komandasının baş məşqçisi kimi çalışan, Rusiya və UEFA kubokunu qazanan Kakadan gedir. O, “Qazprom-Yuqra”nın təklifindən imtina edib və Qazaxıstandan gələn yeni dəvəti müsbət dəyərləndirib.

 

Qeyd edək ki, vaxtilə millimizin də formasını geyinən Kaka məşqçi kimi ilk addımlarını “Neftçi” İK-nin “sükan”ı arxasında atıb.

0