[b]Debütünü gözləyən “beşlik” və Ağayevin “bir”ləri[/b]
15.03.2018 - 15:56
[b]Debütünü gözləyən “beşlik” və Ağayevin “bir”ləri[/b]

Bu gün açıqlanan Azərbaycan millisinin heyətində yer alan futbolçuların yığmadakı göstəriciləri bəlli olub. Apasport.az saytının məlumatına görə, Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarına çağırılan 24 futbolçu arasında ən təcrübəlisi Kamran Ağayevdi.

 

İndiki heyətdə hamıdan çox forma geyinən qolkiper martın 23-də baş tutacaq Belarusla Bakıdakı qarşılaşmaya “1”lərlə çıxacaq. Söhbət onun indiyədək 111 qol buraxmasından gedir.

 

Qapıçıdan başqa, yalnız bir futbolçu – Ruslan Abışov millidə 50 oyun həddini keçib. Müdafiəçinin hesabında 51 matç var. Bu göstəricidə yığmanın üçüncüsü Maksim Medvedevdi.

 

5 futbolçu isə qarşıdakı görüşlərə debüt şansı kimi baxır. Bunlar indiyədək yığmada heç bir oyun keçirməyənlərdi. Onlardan bəziləri əvvəllər toplanışlara cəlb olunsa da, rəsmi – FİFA reyestrindəki qarşılaşmalara çıxmayıblar. Debütü gözləyənlər Rəşad Əzizli, Tural Axundov, Asif Məmmədov, Rahil Məmmədov və Şəhriyar Rəhimovdu.

 

Oyun imkanı qazanan 18 futbolçumuzdan yalnız 6-sı rəqib qapısına yol tapıb. Bu isə o deməkdi ki, həmin “altılıq” və 3 qapıçını saymasaq, digər 15 oyunçu qol hesabını aça bilər.

 

İndiki heyətin bombardiri Dmitri Nazarov 6, ən yaxın izləyicisi Ruslan Abışov 4 dəfə rəqibləri məyus edib. Araz Abdullayev 2, Maksim Medvedev, Elvin Yunuszadə və Ruslan Qurbanovun hesabında 1 top var.

 

Belarus və Makedoniya ilə matçlara dəvət alan futbolçuların millidəki oyun və qol göstəriciləri

 

futbolçu

oyun

qol

Kamran Ağayev

70

-111

Ruslan Abışov

51

4

Maksim Medvedev

43

1

Qara Qarayev

37

0

Dmitri Nazarov

27

6

Araz Abdullayev

23

2

Ruslan Qurbanov

20

1

Səlahət Ağayev

11

-8

Namiq Ələsgərov

10

0

Pavel Paşayev

8

0

Riçard Almeyda

6

0

Coşqun Diniyev

4

0

Rəhman Hacıyev

4

0

Elvin Yunuszadə

3

1

Cavid İmamverdiyev

3

0

Emin Mahmudov

2

0

Rəşad Eyyubov

2

0

Ürfan Abbasov

2

0

Amil Yunanov

1

0

Rəşad Əzizli

0

0

Tural Axundov

0

0

Asfi Məmmədov

0

0

Rahil Məmmədov

0

0

Şəhriyar Rəhimov

0

0

 

 

0