[b]“Mançester Siti”nin futbolçusu milli komandadan imtina etdi[/b]
15.03.2018 - 23:19
[b]“Mançester Siti”nin futbolçusu milli komandadan imtina etdi[/b]

“Mançester Siti”nin qapıçısı Klaudio Bravo Çili millisində oynamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, bu barədə oyunçu özü BBC-yə məlumat verib.

 

O bildirib ki, istəməməsinə rəğmən milliyə çağrıldığı üçün çox təəssüflənir. Artıq boş qalan vaxtlarını ailəsinə həsr etmək istədiyini deyən 34 yaşlı “çərçivə qoruyucusu” yığma komandanın nəticələri ilə maraqlanmadığını da əlavə edib.

 

Qeyd edək ki, Bravo ilə yerli federasiya arasında problem olduğu və qapıçının bu səbəbdən millidən imtina etdiyi iddia edilir.

0