[b]Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atıldı[/b]
16.03.2018 - 15:13
[b]Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atıldı[/b]

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində mübarizəni davam etdirən 8 komanda 4 cütlük təşkil edib.

 

İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə klubların rəqibləri “kor püşk”lə müəyyənləşib. Püşk İngiltərə klubları “Liverpul”la “Mançester Siti”ni üz-üzə qoyub.

 

Mərhələ İspaniya – İtaliya duelləri ilə əlamətdar olacaq. “Barselona” “Roma”, “Real” “Yuventus”la görüşəcək. Digər cütdə isə “Bavariya” “Sevilya”nı sınağa çəkəcək.

 


Çempionlar Liqası

1/4 final

“Barselona” (İspaniya) - “Roma” (İtaliya)

“Sevilya” (İspaniya) - “Bavariya” (Almaniya)

“Yuventus” (İtaliya) - “Real” (İspaniya)

“Liverpul” (İngiltərə) - “Mançester Siti” (İngiltərə)

 

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.

0